KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ “ÜMİD YERİ” XEYRİYYƏ CƏMİYYƏTİNƏ YARDIM EDİB

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ “ÜMİD YERİ” XEYRİYYƏ CƏMİYYƏTİNƏ YARDIM EDİB

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin Uşaq Sığınacağında yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüb.

Nazir sığınacaqda yaşayan uşaqları 31 dekabr Dünya Azərbaycanlıla- rının  Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təbrik edərək onlara bayram sovqatı hədiyyə edib.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi “Ümid yeri” Xeyriyyə Cəmiyyəti- nin Uşaq Sığınacağında yaşayan uşaqların işlə və gündəlik ərzaqla təmin olunması məqsədi ilə heyvandarlıq təsərrüfatının yaradılmasına yardım göstərib.

Tədbirdə nazirliyin məsləhəti ilə müasir gigiyenik tələblərə cavab verən tövlə inşa edilib. Tövlədə həm ana qaramalın, həm də yeni doğulan buzovların saxlanması üçün tam şərait yaradılıb. Heyvanların qeydiyyata götürülərək süni mayalama işlərinin aparılması və profilaktik baytarlıq tədbirlərinin icra olunasına nazirlik tərəfindən dəstək göstərilib.

Uşaqlara kənd təsərrüfatı vərdişlərinin aşılamaq, bu sahəyə maraqlarını artıqmaq və gələcəkdə bu peşəyə yiyələnmək məqsədilə nazirliyə məxsus Quba və Abşeron istehsalat müəssisələrindən ayrılmış 5 baş qaramal və 20 baş qoyun Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfin- dən “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin Uşaq Sığınacağına təqdim olunub. Heyvanların saxlanması üçün yem tədarükü təşkil edilib.

Tədbirdə uşaqlar nazirə öz əl işlərini hədiyyə etmişlər.

“Ümid yeri” Xeyriyyə Cəmiyyətinin sədri Nigar Məsimova kənd təsərrüfatı naziri Heydər Əsədov və rəhbərlik etdiyi kollektivə uşaqlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda nazir Heydər Əsədov uşaqlarla xatirə şəkili çəkdirib.

Fikirlər