DİN-in mətbuat xidmətinə rəhbərlik Ehsan Zahidova TAPŞIRILIB

DİN-in mətbuat xidmətinə rəhbərlik müvəqqəti olaraq rəis müavini, polis polkovniki Ehsan Zahidova tapşırılıb.

E.Zahidov mətbuat xidmətinin rəisi Sadiq Gözəlov son yaş həddini tamamlaması ilə əlaqədar təqaüdə göndərilib:
“Onun vəzifəsinin icrası da müvəqqəti olaraq mənə tapşırılıb. Amma heç bir yeni təyinat olmayıb”.

 Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub

AzerTaym.az






Fikirlər