Ordumuz düşmənin atəş nöqtəsi və uçuş aparatını məhv edib - VİDEO

Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsini məhv edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məhv edilən atəş nöqtəsindən mövqelərimiz atəşə tutulurdu.

Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.

AzerTaym.az






Fikirlər