CƏBHƏ XƏTTINDƏ ATƏŞ SƏSLƏRI EŞIDILIB

Ermənistan silahlı bölmələri dünən və bu gecə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar
CƏBHƏ XƏTTINDƏ ATƏŞ SƏSLƏRI EŞIDILIB
Ermənistan silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azertaym.az-a verilən məlumata görə, Ermənistan silahlı bölmələri Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.






Fikirlər