Qərb Universitetinin tələbələri üçün sığorta sahəsində İŞ İMKANI

“Qərb Universitetinin tələbələri üçün sığorta sahəsində iş imkanı

Qərb Universitetində “Atəşgah” Sığorta Şirkəti ilə birgə sığorta sahəsində iş imkanları mövzusunda tədbir keçirilib.

AzerTaym.az xəbər verir ki, universitetin tələbələrinin iştirak etdiyi görüşdə sığorta şirkətinin nümayəndələri “Sığorta xidmətinin əsasları” mövzusunda təqdimat edib, Azərbaycan sığorta bazarının inkişafı, mövcud problemlər və gələcək perspektivlərinə dair müzakirələr aparılıb.

Daha sonra şirkətin müxtəlif vakansiyaları barədə məlumat verilib, tələbə və məzunların sığorta sahəsində iş imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Qərb Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində ardıcıl layihələr, treyninqlər, görüşlər həyata keçirir, tələbələrin istehsalat təcrübələrini aparıcı dövlət və özəl qurumlarda keçməsi təşkil edilir və beləliklə, universitet tələbə və məzunlarının iş dünyası ilə əlaqələrinin sıxlaşdırılmasını təmin edir.

 






Fikirlər