Qərb Universitetində tələbələrin baxış imtahanı keçirilib

“Qərb Universitetində tələbələrin baxış imtahanı keçirilib

Qərb Universitetində Dizayn fakültəsi tələbələrinin növbəti baxış imtahanı keçirilib. Baxışda 624/1, 624/2 qrup tələbələrinin qrafik layihələri, rəsm, rəngkarlıq kompozisiyaları təqdim olunub.

Universitetin mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumata görə, təqdim olunan layihələr öz aktuallığı, mövzu seçimi və qrafik materialları ilə komissiya üzvlərinin müsbət rəyi ilə qiymətləndirilib.

Qeyd edək ki, 1996-cı ildən etibarən mütəxəssislər hazırlayan Dizayn fakültəsi özəl ali təhsil müəssisələri içərisində ilk dəfə Qərb Universitetində yaradılıb.

Qərb Universitetində tələbələrin baxış imtahanı keçirilib
Qərb Universitetində tələbələrin baxış imtahanı keçirilib

 






Fikirlər