Qərb Universitetində master-klass keçirilib

Bu gün Avropa Dizayn İnstitutunun (İstituto Europeo di Design) nümayəndələri ilə Qərb Universiteti tələbələri arasında “Azerbaijan Fashion Week” layihəsi çərçivəsində ənənəvi görüş keçirilib

 

Qərb Universitetinin Dizayn kafedrasının müdiri Pərvanə Əliyeva qonaqları salamlayaraq universitetin İED ilə əməkdaşlığının önəmli olduğunu qeyd edərək gələcəkdə mübadilə proqramları çərçivəsində bir çox layihələrin baş tutacağına ümid etdiyini söyləyib.
Görüşdə İED Venesiya şöbəsinin direktoru İgor Efrem Zanti və region üzrə menecer Olqa Myelkova iştirak ediblər.
Cənab İgor Efrem Zanti “İtaliya və Azərbaycan dizaynın müqayisəli analizi” mövzusunda mühazirə oxudu və tələbələrin çoxsaylı suallarına cavab verib.
 
 

 

 






Fikirlər