Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu - FOTOLAR

Картинки по запросу qerb universiteti 
24-25 dekabr tarixində Qərb Universitetində “Suriya konfliktinin həlli” çərçivəsində “BMT modeli” konfransı keçirildi. Konfransda BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu, tələbələr 18 dövləti təmsil edərək müzakirələr apardılar. Konfransın birinci günü aparılan müzakirələrlə başa çatdı. İkinci günündə isə üzv dövlətlər ortaq məxrəcə gələrək problemin həlli üçün qətnamə qəbul etdilər.
Qərb Universitetinin tələbələrə verdiyi bilik və təcrübə nəticəsində tələbələr BMT Təhlükəsizlik Şurasının simuliyasiyasını peşəkarcasına edərək tədbirdə xüsusi aktivlik göstərdi. Nəticədə Qərb Dilləri fakültəsi tələbəsi Allahverdiyev Ramiz “Ən yaxşı nümayəndə”, Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsi tələbəsi Rzayev Turan “Ən yaxşı debatçı”, İşgüzar-inzibatçılıq fakültəsi tələbəsi Kazımov Qadir isə “Ən yaxşı mövqe sənədi”nin müəllifi adına layiq görülərək diplomla təltif edilmişdir. Sonda bütün iştirakçılar sertifikat verildi.AzerTaym.az
 






Fikirlər