09.09.2014- ADU-nun tələbəsi beynəlxalq forumda

09.09.2014- ADU-nun tələbəsi beynəlxalq forumda  Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Oqtay Quliyev Koreya Respublikasında “Gənclər və dünyada sülh” mövzusunda keçirilən 25-ci Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib.

ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildiriblər ki, forum Koreya Respublikasının Gender Bərabərliyi və Ailə İşləri Nazirliyinin dəstəyi, Gənclər Təşkilatı Milli Şurasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə dünya gəncləri bir araya gələrək bir sıra qlobal məsələləri müzakirə ediblər.






Fikirlər