13.05.2014. - Sabunçuda “Gənclər evi”nin açılışı olub - FOTO

13.05.2014. -  Sabunçuda “Gənclər evi”nin açılışı olub - FOTOSabunçu rayonunda “Gənclər evi”nin açılışı olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və digər rəsmi şəxslər iştirak edib.

Azad Rəhimov bildirib ki, sayca 28-ci olan Sabunçu “Gənclər evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: “Burada trenajor, fitnes zalları, kompüter otaqları, bir araya toplanıb yeni layihələr üzərində çalışmaq üçün münasib otaqlar, bir sözlə, ən rahat şərait var”.






Fikirlər