Qərb Universiteti bütün rəqiblərini ÜSTƏLƏDİ.

 

11-12 mart 2017-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "ClimBaku” idman dırmanması mərkəzində idman dırmanması üzrə "Ümid” yarışı keçirilib.

Yarışda Qərb Universiteti də iştirak edib. Universitetin İdman Klubunun üç idmançısı yarışlarda uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanlar arasında klubun üzvü Əli Nəsirov 1-ci, Kənan Abdıyev 2-ci, qızlar arasında isə Şəbnəm Kərimova 2-ci yerdə qərarlaşıblar.Komanda hesabında Qərb Universitetinin İdman Klubu bütün rəqiblərini üstələyərək, birinci yeri tutub.

Qaliblərə medal və diplomlar təqdim olunub.

Məlumat üçün bildirək ki, Qərb Universiteti ictimai, elmi və idman layihələrinin təşəbbüskarı, təşkilatçısı və fəal iştirakçısı kimi çıxış edir. Bu günə qədər uğurla həyata keçirilmiş 1-ci Azərbaycan – Antarktika ekspedisiyası, Azərbaycan – Afrika ekspedisiyası, Azərbaycan – Akonqua ekspedisiyası, çoxlu sayda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının proyektləri, eləcə də 2013-2014-cü illərdə Bakıda keçirilmiş Dünya kuboku üzrə Yüksəkliyə qalxma İdman növü üçün universitetin verdiyi dəstək xüsusilə vurğulana bilər.






Fikirlər