Avtovağzal Ramin Quluzadədən alındı - Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən alınaraq Prezidentin İşlər İdarəsinə verilib.

AzerTaym.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, Avtovağzal Kompleksi Prezidentin İşlər İdarəsinin "Nəqliyyat məsələləri” sektoruna verilib.

Xatırladaq ki, sözügedən Kompleks keçmiş Nəqliyyat Nazirliyinə tabe olub. Prezidentin 2017-ci il fevral ayının 13-də imzaladığı sərəncama əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və sözügedən Kompleks bu dövlət təşkilatına tabe oldu.






Fikirlər