“Azərişıq” əməkdaşları GÜL ƏKDİ

“Azərişıq” əməkdaşları gül əkdi

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı "Azərişıq"  ASC tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. 

Qurumdan daxil olan xəbərə görə,  bu gün Bakının Nərimanov rayonunda yerləşən 110 kV-luq "BMKZ" yarımstansiyasının həyətində "Azərişıq" ASC-nin rəhbər şəxslərinin iştirakı ilə güləkmə aksiyasına start verilib. Qeyd edək ki, güləkmə aksiyası paralel olaraq Səhmdər Cəmiyyətin inzibati binalarının, yarımstansiyalarının, yardımçı texniki binaların və başqa əlaqədar obyektlərinin həyətlərində də davam etdirilir. Artıq "Azərişıq" ASC-nin əməkdaşları inzibati bina, yarımstansiya, yardımçı texniki binalarda yaşıllaşdırma və güləkmə mərasiminə qoşulmaqla xeyli abadlaşdırma işləri görüblər.

"Azərişıq" ASC-də yaranmış ənənəyə uyğun olaraq keçirilən növbəti gül və ağacəkmə kampaniyası çərçivəsində 20 mindən artıq gül əkilib, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.AzerTaym.az

 






Fikirlər