Bakıda satışa çıxarılan ən bahalı 5 villa - FOTOLAR

Bakıda satışa çıxarılan ən bahalı 5 villa

Bakıda və ölkəmizin müxtəlif bölgələrində bahalı evlər, villalar mütəmadi olaraq satışa çıxarılır.

 AzerTaym.az bina.az saytında satışa çıxarılmış ən bahalı 5 villanı təqdim edir.

1. 8 mikrorayonda yerləşən bu villanın (birinci və ikinci foto) 5 yataq otağı, 2 bilyard zalı, saunası, hovuzu, qrajı, manqalı, təndirxanası və meyvə bağı var. Aprelin 17-də satışa çıxarılmış villaya 5 milyon 800 min manat qiymət qoyulub.

2. Şüvəlanda "Mayak Beach"in yaxınlığında yerləşən 3 mərtəbəli dəniz mənzərəli lüks villa (3-cü və 4-cü foto) fərdi arxitektur layihə əsasında insa edilib, estetik cəhətdən cəlbedicidir, modern elementləri ilə zəngin klassik üslubda daxili bəzək işləmələri və dizaynı var, xaricdən gətirilmiş ekskluziv mebellər və ipək xalçalarla bəzədilib. Qiyməti 5 milyon 650 min manat olan villa aprelin 19-da satışa çıxarılsa da, hələ satılmayıb.

3. Yasamal rayonundakı bu villanın (5-ci foto) qiyməti 5 milyon 500 min manatdır. 20 otaqdan ibarət olan ev mayın 10-da satışa çıxarılıb. Evə Həsən Əliyev küçəsi və Tiflis prospekti tərəfdən giriş var.

4. "Milyonerlər məhəlləsi"ndəki bu villanın (6-cı foto) layihəsini xüsusi landşaft mütəxəssisi işləyib, 20 sotun içində tikilib ev 1500 kvadratdır. Bahalı və ekzotik ağaclar, bitkilər, manqalxana, hovuz, cakkuzi, trenajor zalı, 2 növ sauna var. 5 milyon manat qiymət qoyulan villa mayın 9-dan satışa çıxarılıb.5. Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 5 mərtəbəli villada 7 yataq otağı, 1 ofis, 1 ev teatrı, bilyard otağı, 3 növ sauna, hovuz var. Villa bahalı italyan mebeli ilə təchiz olunub. Dəyəri 4 milyon 990 min manat olan villa mayın 1-dən satışdadır.

   r.

 






Fikirlər