Gömrükdə külli miqdarda siqaret müsadirə olunub - ƏMƏLİYYAT

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

AzerTaym.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2 200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.






Fikirlər