15 MƏNZİLİ olan BAŞÇI

za94

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edildikdən sonra onunla bağlı araşdırmalara start verilib.

10may.az saytına daxil olan məlumata görə hazırda əsasən İbrahim Mehdiyevə məxsus ticarət və iaişə obyektlərinin siyahısı çıxarılır. Çünki, başçıya məxsus obyektlərin dəyəri milyonlarla manat həcmindədir. Təkcə Yasamal rayonu icra hakimiyyəti binasının yanındakı parkdakı obyektinin qiyməti 2 milyon manata yaxındır. Bundann başqa başçının Yeni Yasamal massivində də bir neçə obyekti var. Bununla yanaşı bildirilir ki, daşınmaz əmlak həvəskarı olan İbrahim Mehdiyevin yalnız Bakı şəhərində 15 mənzili var.

" AzerTaym.az"






Fikirlər