Nigar Həzi doğum gününü həbsxanada QEYD ETDİ

 Похожее изображение

Tanınmış fəal Nigar Həzi (Yaqublu) doğum gününü həbsxanada qeyd edib. 

 Bu barədə Nigar Həzi özü feysbuk səhifəsində məlumat yazıb.

Nigar Həzi qeyd edib ki, doğum gününü 17 saylı Cəzaçəkmə Müəssisəsində həyat yoldaşı Seymur Həzi ilə birlikdə qeyd edib.

Qeyd edək ki, cütlüyün nikah mərasimi də Seymur Həzinin məhkumluq həyatı yaşadığı cəzaçəkmə müəssisəsində baş tutub. Seymur Həzi Abşeron rayon məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.






Fikirlər