Lütfi Zadə ilə vida mərasimi AMEA-da KEÇİRİLƏCƏK

Image result for Lütfi Zadə

“Görkəmli alim Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq”.

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Modern.az-a açıqlamasında deyib.

İsa Həbbibbəyli bildirib ki, Lütfi Zadə ilə vida mərasiminin keçirilməsinə görə, artıq AMEA-da hazırlıq işlərinə başlanılıb.

“O, dünya səviyyəli alim olduğuna görə, Lütfi Zadə ilə vida mərasimi AMEA-da keçirilə bilər”.
 Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib. Lütfi Zadənin nəşi bu həftə Azərbaycana gətiriləcək. O, I Fəxri Xiyabanda dəfn ediləcək.






Fikirlər