Natiq Əliyevlə vida mərasimi keçirilir (YENİLƏNİR)

Energetika naziri Natiq Əliyevlə vida mərasimi başlayıb.

  xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, millət vəkilləri, dövlət qurumlarının vəzifəli şəsləri iştirak edir.

***

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

Mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.(apa)

***

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər Bakıya gətirilib.

APA-nın əməkdaşı Heydər Əliyev Beynəlxalq Aeroportundan xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.

Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.

***

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

 AzerTaym.az APA-ya istinadən xəbər verir ki, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.AzerTaym.az






Fikirlər