Keçmiş məmura yeni vəzifə VERİLDİ

Keçmiş məmura yeni vəzifə VERİLDİ

Keçmiş məmura yeni vəzifə

Azərbaycanda tanınmış simalardan olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin genişləndirilmiş iclasında İNK-nin Himayədarlar Şurasının sədri seçilib. Bu barədə DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov «Təzadlar»ın əməkdaşına məlumat verib.
Arif Qaraşov DAMM Himayədarlar Şurasının sədri seçildi
R.Məmmədov bildirib ki, dünən İdarə Heyətin iclasında çıxış edən DAMM-nin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevin təşəbbüsü ilə belə bir qərar qəbul olunub: «Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzindəvə qurumun İctimai Nəzarət Koalisiyasında Azərbaycanın tanınmış insanları, QHT-ləri təmsil olunurlar … Xalq yazıçısı, hamımızın sevimlisi, DAMM-nin Prezidenti Çingiz Abdullayev əvvəlcə belə bir təşəbbüslə çıxış etmişdi, sonra bu məsələ İdarə Heyətin dünənki iclasında geniş müzakirə olundu və yekdilliklə qərar qəbul olundu. Beləliklə, Azərbaycanda tanınmış simalardan olan Arif Qaraşov DAMM-nin İNK-nin Himayədarlar Şurasının sədri seçildi. İclasda həmçinin Füruzə Mustafayeva DAMM-nin Aparat rəhbəri təyin edildi…».
«Təzadlar» qeyd edir ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisidir, uzun illər bu sahə üzrə müxtəlif dövləti vəzifələr daşıyıb, ölkədə hörmətlə xatırlanan və tanınan şəxslərdəndir.






Fikirlər