KOREYA səfiri BDU-da...

Bakı Dövlət Universitetində 7-ci Koreya mədəniyyəti üzrə nitq müsabiqəsi keçirilib. 

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq əlaqələrindən, Koreya universitetləri ilə qarşılıqlı layihələrdən bəhs edib. İki ölkə arasında əlaqələrin böyük tarixə malik olduğunu nəzərə çatdıran rektor bu əlaqələrin davamlı olacağına əminliyini söyləyib. Bildirib ki,universitetin şərqşünaslıq fakültəsində on ildən artıqdır ki, koreyaşünaslıq ixtisası, Koreya dili və ədəbiyyatı tarixi yerli və xarici mütəxəssislər tərəfindən tədris olunur və bu ixtisas üzrə indiyədək 54 yüksəkixtisaslı mütəxəssis hazırlanıb.  Akademik  Koreya səfirliyinin dəstəyi ilə bir sıra uğurlu layihələrin reallaşdırıldığını, yeddinci dəfə keçirilən nitq müsabiqəsinin də bu qəbildən olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

 Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyun 7-ci Koreya mədəniyyəti üzrə nitq müsabiqəsi haqqında məlumat verib. Səfir Koreya dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə dəstək olmağa davam edəcəklərini qeyd edib, BDU ilə Koreya universitetləri arasında əlaqələrin daha da inkişafına çalışacaqlarını bildirib. O, həmçinin  bu il Koreyadan Azərbaycana gələn turistlərin sayının 40 faiz artdığını diqqətə çatdırıb. Gələn il isə bu rəqəmin 70 faizə çatacağına və tələbələr üçün yeni iş imkanının yaranacağına inandığını bildirib. Səfir, turistlərin sayının artmasının Azərbaycan xalqına və onun mədəniyyətinə olan sevginin bariz nümunəsi olduğunu vurğulayıb.

 Sonra tələbələr Koreya mədəniyyəti, tarixi və dili mövzularında biliklərini nümayiş etdiriblər. Müsabiqənin yekununda qaliblər müəyyənləşib. 1-ci yerə BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Nəzrin Məmmədova, 2-ci yerə Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Nigar Misirova, 3-cü yerə BDU-nun Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Aynurə Allahyarova,  4-cü yerə BDU-nun Şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Ayişən Məcidli layiq görülüblər. 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi