Müharibənin taleyini HƏLL edəcək silahlar - Azərbaycan ORDUSUNDA YENİ hərbi texnika?

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

Cebhe.info xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezident qeyd edib ki, Rusiya ilə bu sahədə əməkdaşlığı genişləndirmək diqqət mərkəzindədi: “Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”.

 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən dövlət başçısı əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib: “Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur”.

Azərbaycan Rusiyadan hansı silahları ala bilər?

Dövlət başçısının səsləndirdiyi fikirlər Rusiyadan yeni və modern silahların alınacağı ilə bağlı ehtimalları gücləndirib. Hərbçi-ekspertlər hesab edirlər ki, Rusiyadan alına biləcək silahlar arasında rus ordusunun Suriyada uğurla sınaqdan keçirdiyi yeni silahlar ola bilər. Dünyanın iki supergücündən biri olan Rusiyadan alınacaq yeni növ silahlar arasında “İsgəndər M”-lərlə yanaşı, “S-400”-lər və “ölüm maşınları” adlandırılan digər texnikaların olacağı istisna edilmir. İddia olunur ki, Azərbaycan Türkiyədən sonra “S-400” sistemlərinə sahib olan ikinci ölkə ola bilər ki, Rusiyanın bu raketləri Azərbaycana satmağa hazır olduğu barədə ehtimallar hər keçən gün artır.

Cebhe.info Azərbaycanın Rusiyadan alacağı ehtimal edilən silahları və bunlar haqda olan məlumatları təqdim edir.

“T-14 Armata” – super tank

Azərbaycanın əldə edə biləcəyi bu tank yeni istehsaldır və tamamilə avtomatlaşdırılıb. Avropanın ən çox qorxduğu rus texnikalarından biridir. Əsas səbəbi “T-14 Armata” tanklarının NATO tankları ilə müqayisədə zireh və silahlandırma dizaynı baxımından inkişaf etdirilməsidir. “T-14 Armata”nın əsas silahı 2A82-1M 125 mm-lik topdur və bu, 1 dəqiqədə 10-12 dəfə atəş aşmaq gücündədir. Tank aktiv qorunma sistemi (APS) ilə təchiz edilib. Bu sistem Mach 5.0 sürətindəki hücumların qarşısını ala bilir.


 
“T-50” hücum qırıcısı

“T-50”, supersonik uçuş və 930 kilometrlik mənzili vurmaq gücündə olan qırıcıdır. Təyyarəyə təchiz edilmiş sistem 9G manevrləri 30 saniyəyə qədər dəstəkləyə bilir. VKK-17 partial təzyiqli uçuş vəziyyətində olan “T-50” pilotu təyyarəni dəniz səviyyəsindən 14 mildən yüksəyə qaldıraraq təhlükəsiz şəkildə uçuş həyata keçirə bilir. Bu, dizayn baxımından ABŞ ordusunun imtinaedilməzi sayılan F-22”-dən daha güclü qırıcı hesab edilir.

“SU-35S” qırıcı təyyarəsi

Rusiya Hərbi Hava Qüvvələrinin ən məşhur qırıcısıdır. “SU-35S” çoxsaylı manevr imkanları olan uzaqmənzilli mühərriklə təchiz edilmiş texnikadır. Bu, “SU-27”nin inkişaf etdirilmiş variantı da sayılır. Mənzili 3600 km-dir.

“RS-24”

İlk dəfə 2015-ci ildə 9 May Qələbə Günü münasibətilə Moskvada keçirilən paradda nümayişə çıxarılan “RS-24 Yars” kompleksi 2007-ci ildə uğurla sınaqdan keçirilib. Sistemə təchiz edilmiş 20.9 metrlik (68.6 fit) raket başlıqları, yaxud mərmilər raket hücumlarından müdafiə məqsədilə hazırlanıb. Ayrı-ayrı mərmi atıcı sistemləri olan kompleks eyni vaxtda çoxlu sayda başlıq atmaq gücündədir. “RS-24” 50-250 kiloton ağırlığından raket başlığı daşımaq gücündədir.


 
“MI-28N” helikopteri

Rusiya artıq VIII nəsil helikopterlərin istehsalına və sınaqlarına başlayıb. “MI-28 N” Rusiyanın bu nəsil texnikalarına aiddir. Helikopterin əsas silahı “30 mm-lik mərmi ata bilən “Şpinov 2A42” topudur. Top zirehli texnikalar üçün 1500 metrədək, zəif hədəflər üçün isə 4 min metrədək təsirlidir. Dəqiqədə 800 ədəd mərmi ata bilir. “Tank ovçusu” adlandırılan “MI-28N”-də tank əleyhinə 8 ədəd başlıqla təchiz edilib.

“S-400” sistemi

“S-400” sistemlərində 4 növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. “S-400” hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur. “İsgəndər” OTRK və “Bastion” sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı “S-400”, Qərbdə “Giriş Qadağa Zonası” (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır.

Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək gücdədir. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. “S-400” sistemində istifadə olunan raketlər Rusiya Hərbi Hava Qüvvələrindəki mövcud HHM sistemlərinin sayını azaltma proqramına paralel olaraq qısa, orta və uzun məsafələrdə eyni anda istifadə oluna biləcək fərqli raketlərdən seçilib.

 






Fikirlər