GENERAL Vilayət Eyvazov Milli Məclisdə HESABAT VERƏCƏK

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcək.

Modern.az-ın əldə etdiyi məlumata görə,  Milli Məclisin  aprel 3-də keçiriləcək iclasında  Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq.

Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.






Fikirlər