GENERAL Vilayət Eyvazov Milli Məclisdə HESABAT VERƏCƏK
Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcək. Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin aprel 3-də keçiriləcək iclasında Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq. Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.