DƏMİR yolları üçün 5 milyard dollarlıq İNVESTİSİYA

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclası başlayıb. 

Çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Hicran Valehov bildirib ki, 2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 milyard ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Onun bildirdiyinə görə, artıq bu vəsaitin bir hissəsi yatırılıb. 

Bu investisiyaları beynəlxalq maliyyə institutları əməkdaşlıq çərçivəsində birlikdə qoyulur”-deyə H.Valehov əlavə edib. 
O qeyd edib ki, ən uğurlu layihələrdən biri də 8,8 km-lik Astara-Astara layihəsidir. 
Bu vaxta qədər 1000-dən çox vaqon alınıb. Konteynerlərin alınması məsələsinə önəm verdiyimiz üçün bu il də bu işlərin davam etdirilməsini nəzərdə tuturuq. Artıq bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılıb".

AzerTaym.az

 






Fikirlər