Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA

Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA

Qeyri-sağlam qidalanma, ekoloji amillər bir çox orqanlara, o cümlədən gözlərin sağlamlığına da mənfi təsir edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur oftomoloq Elvan Yalçın Bəzi qidaların görmə keyfiyyətini artırdırdığını deyib. Onun sözlərinə görə, göz sağlamlığı üçün A, C, E vitaminləri, beta karoten ilə zəngin qidalara üstünlük vermək lazımdır: “Beta karoten və A vitamini ehtiva edən qidalar xüsusilə göz sağlamlığının tor qişasına və gözün digər funksiyalarına müsbət təsir edir".

Sadəcə yerkökü yetərli deyil!

Həkim onu da vurğulayıb ki, sadəcə yerkökü yemək gözlər üçün yetərli deyil: "Qidalarda olan A vitamini və beta karoten bilavasitə göz sağlamlığı üçün faydalıdır. Lakin A vitamini anbarı olan köklə yanaşı, Omeqa 3 və 6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinə əhəmiyyətli dərəcədə mane olur”.

Mütəxəssis daha sonra gözlər üçün faydalı olan 6 məhsulun adını açıqlayıb: "Xüsusilə qırmızı istiot və ispanaqda olan A vitamini gözün gecə görmə qabiliyyətini və müqavimətini artırır, qaragilə və şirin kartofda olan C vitamini gözdə katarakt və makuya degenerasiya riskini minimuma endirir. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq tor qişasını və hüceyrə membranlarını qoruyur. Çia toxumları isə beta karoten, E və C vitaminləri sayəsində makuya degenerasiyanı qarşısını almağa yardım edir".






Fikirlər