Həsənağa Sadıqov dünyasını dəyişdi

Həsənağa Sadıqov dünyasını dəyişdi

Azərbaycanın əməkdar artisti Həsənağa Sadıqov uzun sürən xəstəlikdən sonra dünən axşam vəfat edib.

AzerTaym.az  xəbər verir ki, bu barədə mərhum sənətçinin qardaşı oğlu, mahir balaban ifaçısı Şəhram Sadıqov saytımıza məlumat verib.
Bu gün saat 12-də Salyanın Aşağı Noxudlu kəndindəki ailə qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Həsənağa Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində anadan olub.
Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. 
Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın qızıl medalı ilə təltif olunub.
Həsənağa Sadıqov ABŞ, Norveç, Vyetnam, Almaniya, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib. 
1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə "Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.






Fikirlər