Milli Məclis bu hallarda BURAXILA bilər - Daxili Nizamnamədə yeni maddə - İLK DƏFƏ

Milli Məclisin buraxılması ilə bağlı parlamentin Daxili Nizamnaməsinə dəyişiklik təklif olunur.
Modern.az-ın məlumatına görə, Daxili Nizamnaməyə yeni 23-2 maddəsi (Milli Məclisin buraxılması) əlavə olunur.

Yeni maddəyə görə, Milli Məclisin aşağıdakı hallarda buraxıla bilər:
Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır.

 Qeyd edək ki, Daxili Nizamnaməyə təklif ediləın yeni dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasına çıxarılıb. 
Sənədin oktyabırn 30-da Milli Məclisin plenar iclasında da müzakirə olunacağı gözlənilir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi