Prezident Xələf Xələfova yeni VƏZİFƏ TAPŞIRDI

2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilibir. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul ediblər. Həmin qərara uyğun olaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradıblar. 
AzerTaym.az xəbər verir ki, Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

"1. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfovun bu Sərəncamın 1-ci hissəsində göstərilən Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edildiyi barədə Xəzəryanı dövlətlərə bildiriş göndərsin".

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi