MƏŞHUR aktyor Bakıda MƏKTƏB direktorunu döydü — Xəstəxanadan FOTOLAR

Məşhur aktyor Bakıda məktəb direktorunu döydü — Xəstəxanadan FOTOLAR

Bakıda məktəb direktoruna xəsarət yetirilib.

AzerTaym.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalıb.
Hadisə zamanı o, ciddi xəsarət alıb. T.Mirzəliyev xəstəxanaya yerləşdirilib. 
Bildirilir ki, məsələ Təhsil Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.
Gənc müəllim Həbib Əlizadə sosial şəbəkədə direktoru döyən şəxsin kimliyini açıqlayıb. O bildirib ki, T. Mirzəyevə xəsarət yetirən şəxs "Dolu” filminin məşhur aktyoru, "Drakon” obrazını canlandıran Rza Rzayevdir. Onun sözlərinə görə, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Bu barədə gənc müəllim Həbib Əlizadə sosial şəbəkədə məlumat verib.
Qeyd edib ki, bu gün məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə düşüb. R. Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib.
T. Mirzəliyev hazırda 3 saylı Sabunçu xəstəxanasındadır. R.Rzayevin isə polis tərəfindən saxlanılıb-saxlanılmaması dəqiq deyil.
Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.
Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.
Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi