HÖKUMƏT PARLAMENTƏ GƏLDİ - deputatlar büdcə layihəsini ikinci oxunuşda müzakirəyə başladılar

Картинки по запросу azərbaycan parlamenti

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başlayıb. İclasda Nazirlər Kabinetinin üzvləri də iştirak edir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də hökumətə verdiyi vaxt bu gün başa çatıb.

 Komitə sədri Ziyad Səmədzadə dövlət büdcəsini müsbət xarakterizə etdi və yüksək səviyyədə müzakirələrin təşkilinə şərait yaratdığı üçün parlament rəhbərliyinə təşəkkürünü bildirdi.

Bundan sonra büdcə layihəsi əsas kimi səsə qoyuldu və 103 deputat lehinə, 1 deputat əleyhinə olmaqla qəbul edildi.

Spiker Oqtay Əsədov dedi ki, keçən plenar iclasda 44 deputat, komitə müzakirələrində isə 34 deputat çıxış edib. Amma sədr qeyd etdi ki, keçən dəfə çıxışa yazılanlara ikinci oxunuşda danışmaq üçün şərait yaradacağını vəd edib. Odur ki, spiker çıxışlara şərait yaratdı.

Deputat Sahibə Qafarova büdcə layihəsindən danışarkən təhsil xərclərinin cari illə müqayisədə 11,3 faiz artırılmasını təqdir etdi.






Fikirlər