PUTİNİN ALMAN KƏŞFİYYATINA AİD VƏSİQƏSİ ÜZƏ ÇIXDI - FOTO

5,w=993,q=high,c=0.bild

Ötən gün xarici mətbuatın ən geniş yer verdiyi mövzulardan biri Rusiya prezidentinin Almaniya kəşfiyyatı ilə əməkdaşlığını təısdiqləyən sənədin üzə çıxması olub.

”AzPolitika” xəbər verir ki, Almaniyanın məşhur “Bild” qəzeti Vladimir Putinə “Ştazi”nin(Almaniya kəşfiyyatı belə adlandırılır) 1985-1990-cı illərdə verdiyi məxfi vəsiqənin fotolarını yayımlayıb.
Xarici mətbuat yazır ki, həmin vəsiqə o vaxtlar SSRİ KQB-sində çalışan V.Putinin alman kəşfiyyatı ilə əməkdaşlığını təsdiqləmiş olur. Nədənsə indiyə qədər bu sənədin mövcudluğu barədə heç kimin xəbəri olmayıb.

“Bild” yazır ki, sözügedən vəsiqə “Ştazi”nin Drezden şəhər idarəsinin arxiv sənədləri yoxlanılarkən üzə çıxıb. Qəızet bildirir ki, buna qədər alman kəşfiyyatının hazırkı rəhbərliyi belə bu vəsiqənin mövcudluğundan xəbərsiz olub.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib və Xarici Kəşfiyyat İdatəsinə müraciət etməyi məsləhət bilib. Peskov sadəcə əlavə edib ki, həmin dövrdə SSRİ ilə Almaniya Demokratik Respublikasının(ADR) xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı mövcud olub.Və buna görə də o illərdə Almaniyada işləmiş V.Putinə belə bir vəsiqənin verilməsi mümkün idi.
Xatırladaq ki, Rusiyanın hazırkı prezidenti 1985-1990-cı illərdə KQB əməkdaşı qismində Almaniyanın Drezden şəhərində çalışıb. Həmin dövrdə “podpolkoivnik” rütbəsi alan Putin hətta “ADR ordusu qarşısında xidmətlərinə görə” bürünc medalla təltif olunub və şöbə rəisinin köməkçisi vəzifəsinə qədər yüksəlib.






Fikirlər