“Bir ayağı, bir qolu olmayardı, amma sağ qalardı” – Generalın anası – VİDEO

ARB Televiziyası general Polad Həşimovun həyatına həsr edilmiş sənədli film çəkib.

“Cənab General” filmdə şəhid generalımızın ailə üzvləri, dostları, məktəb yoldaşları və hərbçi yoldaşları onun haqda xatirələrini bölüşüblər.

Teymur Həşimov (Polad Həşimovun oğlu): Atam şəhid olub, onunla fəxr edirəm. Məni qucaqlayıb sevgisini göstərdi. Çayı hər zaman məndən istəyərdi”.

Aybəniz Həşimova (Polad Həşimovun qızı): “Atam mənə deyərdi ki, həyatı monoton yaşamaq lazımdır. Kifayət qədər sadə olun. Əlinizdə olandan artığına can atmayın və bacardığınız qədər oxuyun”.

Kəmalə Həşimova (Polad Həşimovun bacısı): “Qardaşım üçün çox darıxıram. Kaş ki, ona zəng edəndə onunla telefonda çox danışardım. Yorğun səsi hələ də qulağımdadır. Mən qardaşımı, siz generalınızı itirdiz. Böyük itkidir, tarixə belə insanlar çox az-az gəlir. Bir gecənin içərisində tarix oldu”.

Səmayə Həşimova (Polad Həşimovun anası): “Qisməti, yazısı belə imiş… Heç cür barışa bilmirəm. Durub evdə gəzirəm. Bütün günü fikirləşirəm. Bəlkə də gecə 50 dəfə durub şəklinə baxıram. Kaş belə olmayardı. Bir qolu, bir ayağı olmayardı, yaralanardı, amma balalarının üstündə sağ olardı. Heç olmasa birinin universitet oxuduğunu görərdi”.

Azad Xitilov (Polad Həşimovun bacanağı): “Rəhmətlik bir dəfə də olsun bu evdə gecələməyib. Cəbhə xəttindən gətirilən nəşi gecələd

ARB Televiziyası general Polad Həşimovun həyatına həsr edilmiş sənədli film çəkib.

“Cənab General” filmdə şəhid generalımızın ailə üzvləri, dostları, məktəb yoldaşları və hərbçi yoldaşları onun haqda xatirələrini bölüşüblər.

Teymur Həşimov (Polad Həşimovun oğlu): “Atam şəhid olub, onunla fəxr edirəm. Məni qucaqlayıb sevgisini göstərdi. Çayı hər zaman məndən istəyərdi”.

Aybəniz Həşimova (Polad Həşimovun qızı): “Atam mənə deyərdi ki, həyatı monoton yaşamaq lazımdır. Kifayət qədər sadə olun. Əlinizdə olandan artığına can atmayın və bacardığınız qədər oxuyun”.

Kəmalə Həşimova (Polad Həşimovun bacısı): “Qardaşım üçün çox darıxıram. Kaş ki, ona zəng edəndə onunla telefonda çox danışardım. Yorğun səsi hələ də qulağımdadır. Mən qardaşımı, siz generalınızı itirdiz. Böyük itkidir, tarixə belə insanlar çox az-az gəlir. Bir gecənin içərisində tarix oldu”.

Səmayə Həşimova (Polad Həşimovun anası): “Qisməti, yazısı belə imiş… Heç cür barışa bilmirəm. Durub evdə gəzirəm. Bütün günü fikirləşirəm. Bəlkə də gecə 50 dəfə durub şəklinə baxıram. Kaş belə olmayardı. Bir qolu, bir ayağı olmayardı, yaralanardı, amma balalarının üstündə sağ olardı. Heç olmasa birinin universitet oxuduğunu görərdi”.

Azad Xitilov (Polad Həşimovun bacanağı): “Rəhmətlik bir dəfə də olsun bu evdə gecələməyib. Cəbhə xəttindən gətirilən nəşi gecələdi”.






Fikirlər