Həbs edilən Vidadi Muradovun oğlu vəzifəsindən istefa verib? - AÇIQLAMA
Ötən gün həbs edilən “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verməsilə bağlı məlumat yayılıb. "AzerTaym.az" bildirir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirlyiinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a bildirib ki, məlumat həqiqəti əks etdirmir: “Yayılan məlumat doğru deyil. Polis polkovniki vəzifəsini başındadır”. Qeyd edək ki, V. Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisidir.