Azərbaycan ordusu Laçındakı Qaragölün sahilində yeni post qurdu… - FOTO

Azərbaycan ordusu Laçındakı Qaragölün sahilində yeni post qurdu… - FOTO

Azərbaycan hərbçiləri Qaragölün düz yanında yeni bir post qurublar.

Moderator.az xəbər verir ki, bu haqda foto və məlumat sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
 
“Hökumət  bizi gölün böyük bir hissəsinin Ermənistanın nəzarəti altında olduğuna əmin etmişdi. Lakin çox keçmədən məlum oldu ki, gölün 90% -nə Azərbaycan qüvvələri tərəfindən nəzarət  olunur!” - məlumatda belə deyilir.
 
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın "ZangezurTV" kanalı Qaragöl ətrafının 90% -nə Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarət olunmasını təsdiqləyən reportaj yayımlamışdı (bax://moderator.az/gundem/386675/qaragl-etrafinin-90-95-ne-azerbaycan-ordusu-nezaret-edir-zangezur-tv-video/).
 

 

Sultan Laçın






Fikirlər