Xarkov yaxınlığında Rusiyanın 6 təzə "T-80BVM" tankı ələ keçirildi... -FOTO

Xarkov yaxınlığında Rusiyanın 6 təzə

Xarkov yaxınlığındakı döyüşdə Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinin mexanikləşdirilmiş taboru dərhal RF Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadası tərkibindəki ən təzə rus "T-80BVM" tanklarından altısını ələ keçirib. Ukrayna taboru düşmən texnikasını PDM-2 və bir  "Javelin"  tank əleyhinə raket kompleksi vasitəsi ilə ələ keçirə bilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Yuri Butusov "Facebook"da məlumat verib.
 
Butusov əlavə edib ki, tanklar ən son rus çaplı və idarə olunan mərmiləri ilə silahlanıb.
 
Daha əvvəl Butusov bildirmişdi ki, Xarkov yaxınlığında Ukrayna hərbçiləri RF Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasını bombalayıblar.  "Javelin"  heyəti ekipajla birlikdə Rusiyanın özüyeriyən "Akasiya"  haubitsa sistemini heyəti ilə  birlikdə məhv edib,  nəqliyyat vasitəsi "atomlara parçalanıb"...
 
Sultan Laçın






Fikirlər