SON DƏQİQƏ! ABŞ-a ŞOK TƏKLİF gəldi - Nüvə silahları yer dəyişir...

Birləşmiş Ştatlar və onun müttəfiqləri Putini nüvə silahından istifadədən çəkindirməyə çalışır, Rusiyaya cəza effekti yarada biləcək mümkün cavablar üzərində işləməkdə davam edirlər və qarşısının alınması uğursuz olarsa, müharibənin şiddətlənməsi riski ilə üzləşirlər.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, belə kritik bir məqamda Polşa prezidenti Andjey Dudanın bəyanatı “nüvə siqnalı”nın ən son və ən təhlükəli nümunəsi olub.

Görünür, bu bəyanat və bundan sonra baş verəcəklərin dünyanı total nüvə müharibəsinə sürükləmə ehtimalı bir müddət qorxu yaratmağa davam edəcək.

“ABŞ-ın NÜVƏ SİLAHLARINI BİZƏ GƏTİRİN”

 

Vladimir Putinin Ukraynada nüvə silahından istifadə edə biləcəyi ilə bağlı artan qorxular fonunda Polşa ABŞ-ın nüvə silahlarını öz ərazisində yerləşdirmək istədiyini bildirib.

Digər tərəfdən, nüvə başlıqlarının Rusiyaya yaxınlaşdırmaq silahı hərbi cəhətdən daha az faydalı edəcəyi üçün tələb bir çoxları tərəfindən simvolik olaraq qəbul edilir.

Ekspertlərin fikrincə, Polşa prezidenti Andjey Dudanın tələbi, əslində, sadəcə taktiki gedişdir.

ABŞ və NATO isə açıq şəkildə bəyan ediblər ki, onların alyansa qoşulan ölkələrə nüvə silahı yerləşdirmək planları yoxdur. Ağ Ev rəsmisi qaldırılan məsələdən xəbərsiz olduqlarını söyləyib:

“Biz bu məsələnin gündəmə gətirilməsindən xəbərsizik. Hələ belə bir sorğu almamışıq. Ona görə də biz məsələ ilə bağlı sizi yalnız Polşa hökumətinə yönəldə bilərik” - ABŞ rəsmisi deyib.

ABŞ-ın əvvəlki müharibə oyunlarını, Putinin əhval-ruhiyyəsi ilə bağlı qeyri-müəyyənliyi və Ukrayna ilə bağlı xeyli səhv hesablamaları nəzərə alsaq, deyə bilərik ki, bu, yaxşı, lakin mürəkkəb addımdır.

BELARUSDAN SONRA...

 

Dudanın nüvə silahları ilə bağlı bu çağırışı qonşu Belarusun konstitusiyaya dəyişiklik edərək Rusiya nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə icazə verməsindən sonra səslənib.

"Polşalı pilotların öz torpaqlarında ABŞ nüvə bombalarını daşıyan təyyarələri idarə etmək üçün potensial fürsət var" - Duda deyib.

“Gazeta Polska”ya danışan Polşa lideri bildirib:

“Biz Amerika liderləri ilə ABŞ-ın belə bir ehtimalı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı danışdıq. Mövzunu onlara çatdırdıq”.

MÜQAVİLƏLƏR POZULUR?

 

ABŞ-ın nüvə silahlarının Polşaya daşınması Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və NATO-nun nüvə silahı yerləşdirmək planının olmadığını bildirən 1997-ci il NATO-Rusiya Qurucu Aktının pozulması olar.

Digər tərəfdən, Rusiya artıq bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozub.

Amerika Alimlər Federasiyası (FAS) hesab edir ki, Soyuq Müharibədən sonra ABŞ-ın Avropada 100 nüvə silahı var.

Bunlar hamısı hərbi cəhətdən köhnəlmiş və Rusiya ilə müharibə zamanı heç bir missiya üçün istifadə oluna bilməyən B61 bombalarıdır. Silahlara nəzarət üzrə ekspertlər uzun müddətdir ki, bu silahların Avropadan çıxarılmasını tələb ediblər.

Bununla belə, bu silahların hamısı B61-12 olaraq modernləşdirilib və bu il istifadəyə verilməsi gözlənilir. Bombalar yeni F-35A Lightning II gizli döyüş təyyarələri tərəfindən daşınmaq üçün nəzərdə tutulub ki, bu da onları potensial olaraq ABŞ-ın aktiv nüvə arsenalının bir hissəsinə çevirəcək.

FAS-ın nüvə informasiya layihələri üzrə direktoru Hans Kristensen Avropadakı B61-12 anbarlarının təkmilləşdirildiyini və gücləndirildiyini bildirərək, bunun Rusiyanın raketlərinin artan təhlükəsindən qorunmaq üçün edildiyini bildirib.






Fikirlər