“Rusların qarşısından qaçdıqca daha da azğınlaşırlar, Laçında post qurulmalıdır!” - General

“Rusların qarşısından qaçdıqca daha da azğınlaşırlar, Laçında post qurulmalıdır!” - General

“Xankəndi yaxınlığında separatçı və terrorçu ermənilərin Rusiyanın sülhməramlı adlanan hərbçilərinin gözü qarşısında törətdiyi təxribat və orada Azərbaycan hərbçilərinin şəhid olması hər birimizi sarsıtdı. Allah şəhidlərimizə rəhmət eləsin!”.

 Bunu sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.

“Bilirsiz, öncə adamı hiddətləndirən Rusiya hökumətinin və onların Azərbaycan ərazisindəki “sülhməramlı” adlanan hərbi kontingentinin davranışlarıdır. Rusiyanın xarici işlər naziri, baş diplomatı Sergey Lavrov gəlir Bakıya və həyasızcasına deyir ki, Laçın yolunda Azərbaycan tərəfdən nəzarət-keçid məntəqəsinin qurulması məsələsi müzakirə olunmur - bu, 10 noyabr bəyanatında nəzərdə tutulmayıb. Ona cavab vermək lazımdır ki, bəs siz Rusiya olaraq həmin bəyanatda nəzərdə tutulan digər öhdəlikləri niyə həyata keçirirmirsiz, yalnız bizdən tələb edirsiz. Məsələn, niyə həmin sənədin 4-cü bəndinə əsasən Qarabağdakı erməni silahlı qüvvələrini tərksilah edib çıxarmırsız? Yaxud nədən separatçı, işğalçı erməni qüvvələrinə yalnız bəhs edilən bəyanatda nəzərdə tutulmuş məlum Laçın-Şuşa-Xankəndi yolu ilə deyil, əlavə qrunt yollarıyla hərəkət etməsinə də icazə verirsiz ki, onlar da o yollarla silah-sursat daşısınlar və martın 5-dəki kimi qanlı təxribat törətsinlər?”- deyə davamında general sual edib.

“O da məlumdur ki, Laçın və Şuşa ərazisi vasitəsi ilə  Xankəndinə gedib çıxan bir neçə torpaq, qrunt yol var və bunların haralardan keçdiyini o yerlərdə yaşamış insanlar da gözəl bilir. Və həmin yollarla ermənilərin hərəkət etməsini Azərbaycanın müxtəlif növ texniki izləmə vasitələri(dron, kosmik peyk, radio-kəşfiyyat və s.) yetərincə izləmək iqtidarındadır. Lakin təəssüf ki, sözügedən ərazilər, o cümlədən Şuşanın 36 yaşayış məntəqəsi məhz Rusiya “sülhməramlı”larının nəzarəti altındadır.  Və bizim ordu həmin yollarda düşmənin silah-sursat daşımasına qarşı bu dəfəki kimi əməliyyat keçirəndə bəhanə edirlər ki, 10 noyabr bəyanatını pozursuz – bu ərazilərə daxil ola bilməzsiniz. Özləri isə məsuliyyətdən yayınırlar. Elə isə hesab edirəm ki, məsələnin yalnız bir həlli yolu var: Ermənistanla sərhəddə - Həkəri çayı üzərində Azərbaycanın sərhəd zastavası, nəzarət-keçid, təhlükəsizlik, gömrük və s. məntəqələri qurulmalıdır. Çünki Ermənistandan Qarabağa keçməyə yalnız oradan icazə verilir. Və oradan gələn yol Turşsu yaxınlığında haçalanaraq Xankəndinə doğru istiqamətlənir. Yəni sərhəddə Azərbaycan postu olandan sonra artıq ermənilər üçün Qarabağa silah-sursat keçirmək çox çətin olacaq. Və qoy əgər dedikləri kimi, yalnız humanitar, ərzaq yükləri daşıyırlarsa, gəlib həmin postlarda yoxlanıb keçsinlər.... Odur ki, qətiyyət göstərmək və  nəyin bahasına olursa-olsun, Laçın yolunda mütləq nəzarət postlarımızı qurmaq lazımdır. Bundan əlavə, ehtiyat üçün Şuşa rayonunun bütün yaşayış məntəqələrinə də nəzarəti ələ keçirmək lazımdır. Əks halda Şuşada yaşamaq da təhlükəli olacaq... 

Bilirsiz, köhnə hərbçilərimiz, sovet ordusunda xidmət keçənlər də yaxşı bilirlər: Rusiya hərbçilərinin, elə siyasilərinin də qarşısından qaçdıqca onlar daha da azğınlaşırlar. Odur ki, geri çəkilmək olmaz”- deyə keçmiş nazir vurğulayıb.

Qaziləri dövlətdən narazı salmaq xəyanətdir” – Keçmiş müdafiə naziri Yeni Sabah

/Moderator.az






Fikirlər