Rusiya-Azərbaycan sərhədində güclü zəlzələ oldu ...
Rusiya-Azərbaycan sərhədində 4,2 bal gücündə zəlzələ baş verib. AzerTaym.az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:11-də qeydə alınıb. Zəlzələnin episentri Dərbənddən 51 km cənubda, ocağı 44 km dərinlikdə olub.