Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi...
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib. Bildirilib ki, nazirlik tərəfindən şəhid Milli Qəhrəmanın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
AzerTaym.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.