BAKIDAKI QƏTLİN DETALLARI MƏLUM OLDU - Şahidlər danışdı + FOTO/VİDEO (Yenilənib)

Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Şahidin sözlərinə görə, Tural Kosayevin yanında qız da olub:

"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı".

Qeyd edək ki, hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

Ətraflı APA TV-nin süjetində:


 

 

 

 

 

 

***

Bakıda şəxsin odlu silahla qəsdən öldürülməsi faktına görə cinayət işi başlanıb.

Oxu.Az bildirir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Sosial şəbəkələrdə Bakıda qıza görə güllələnərək öldürülən 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin fotoları yayılıb.

Həmin fotoları təqdim edirik:

22:28

***

Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

DİN-in Mətbuat Xudmətindən “Report”a bildirilib ki, bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əlavə məlumat veriləcək.






Fikirlər