Fransa müharibə üçün İrəvana "yalvarır" : "Bu pul, bu silah, nə olar, döyüş..."

Fransa müharibə üçün İrəvana

44 günlük Vətən müharibəsindən sonra Fransanın Ermənistanı sürətlə silahlandırdığı hər kəsə məlumdur. Ermənistana çoxlu sayda raket sistemləri və zirehli texnika göndərən Paris, Cənubi Qafazda yeni bir qarşıdurma üçün bütün inkanlardan maksimum istifadə etməkdədir.

 Bu gün VII çağırış  Milli Məclisin iclasında çıxış edən Prezident İlham Əliyev Fransa-Ermənistan hərbi əməkdaşlığı ilə bağlı yeni faktlar açıqlayıb. Dövlət başçısı bildirib ki, Fransa Ernənistana puısuz silah verir.

 Bu fakt Fransanın Cənubi Qafqazda yeni bir qarşıdurmada nə qədər maraqlı olduğunu göstərir. Bu fakt göstərir ki, Ermənistana su yerinə silah axıdan rəsmi Paris, müharibəyə başlaması üçün İrəvana demək olar ki, “yalvarır”. Onun hərbi və maliyyə ehtiyaclarını qarşılamaq müqabilində Ermənistanı döyüşə təhrik edir. Məqsəd Cənubi Qafqazı qan gölünə döndərmək və bu göldə Fransanın imperializm maraqlarını təmin etməkdir.

 Bu gün nəinki ölkəmizdə, onun hüdudlarından kənarda belə kimsə şübhə etmir ki, Azərbaycanla Ermənistan arasındakı mümkün hərbi qarşıdurma 44 günlük Vətən müharibəsində olduğu kimi yenə də ölkəmizin qələbəsi ilə nəticələnəcək. Lakin bu, Azərbaycanın yalnız Ermənistanın üzərində zəfəri olmayacaq. Bu, həm də ölkəmizin Fransa üzərində tarixi zəfəri olacaq ki, bu da rəsmi Paris üçün yeni bir rüsvayçılıq deməkdir. /moderator.az






Fikirlər