Bu gün YAP-ın parlamentin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək

Sabah YAP-ın parlamentin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək

Bu gün Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək.

Qeyd edək ki, sabah VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək. vakansiyalar

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.






Fikirlər