Prezident Milli Məclisin toplantısında iştirak edir - İclası Ziyad Səmədzadə aparır - YENİLƏNİB

 

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

 Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

 İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

 Qeyd edək ki, Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovdur. Lakin o səhhəti ilə əlaqədar iclasda iştirak etmədiyindən, parlamentdə ən yaşlı deputat Ziyad Səmədzadə hesab olunur. 

 ****

 İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.

 Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.

 ****

 Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

 

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir.

 ****

 Sonra iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.

 Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.

 Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

 Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.

 Sonra səsvermə oldu və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçildi.






Fikirlər