“Heç bir məyusluğum yoxdur” - Bərxudarov
Xəbər verdiyimiz kimi II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb. “Gununsesi.info” Mais Bərxudarovla əlaqə saxlayaraq onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib. Hazırda sərəncamda olduğunu deyən M. Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”. “Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenant “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, - cavabını verib.