Siqaret çəkmək beyni “çürüdür”

Siqaret çəkmək beyni “çürüdür”
Siqaret çəkmək insanın yaddaş, öyrənmə və mühakimə etmək qabiliyyətinə zərər vuraraq beyni “çürüdür”. Bu, Londondakı “King’s College” universiteti tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.
Təcrübə 50 yaşından yuxarı 8800 nəfər üzərində aparılıb və “Age and Ageing” jurnalında dərc edilib. İştirakçıların səhhəti və həyat tərzi haqqında məlumat toplanıb və onlar üzərində bir sıra “beyin sınağı” keçirilib. Həmin sınaq 4 və 8 il sonra eyni iştirakçılar üzərində yenidən təkrarlanıb.
Bundan əvvəlki bir çox araşdırmalarda siqaret çəkməyin, yüksək qan təzyiqi, yüksək xolesterol və artıq çəkinin ürəyə ziyan olduğu təsdiq edilmşdi. Bu araşdırma isə siqarət çəkməyin həm də idraki bacarıqları azaldaraq beyinə böyük ziyan vurduğu təsdiq edilib.






Fikirlər