20 noyabr hadisəsi ilə bağlı şok məlum

Vertolyot göydə vurulmayıb, DTK polkovniki azərbaycanlı məmurları ermənilərə satıb
20 noyabr hadisəsi ilə bağlı şok məlum

1991-ci ilin 20 noyabrında Qarakənd səmasında içində Azərbaycanın yüksək çinli dövlət məmurları olan vertalyot ermənilər tərəfindən vuruldu. Həmin hadisənin üzərindən 21 il keçməsinə baxmayaraq, hadisənin konkret olaraq necə baş verdiyinə dair dəqiq bilgilər yoxdur. Elə bu səbəbdən də məlum terror aktı ilə bağlı sensasiya doğuracaq xeyli sayda məlumatlar ortaya çıxıb.
Dünən isə Lent.az saytı bununla bağlı apardığı arışdırması ilə sensasiya doğuracaq iddialar ortaya qoyub. Məlumatda deyilir ki, Azərbaycan məmurlarını daşıyan vertalyot «Barret M81-A1» tipli raketlə vurulub. Bu silah 50 kalibrlidir, tərkibində birləşmiş uran (nüvə) izotopu «U-238» var. Snayperli bu raketlə 2 kilometrlikdə olan zirehli qurğuları, təyyarə və vertolyotları vurmaq mümkündür. Həmin dövrdə bu raketlərin «ASALA» terror təşkilatı ilə əməkdaşlıq edən «Əl-Qaidə»də olması barədə tutarlı sübutlar var.
Lakin sayt məsələnin bununla yekunlaşmadığını və yeni faktlar ortaya çıxarıb. Yazır ki, 1994-cü ildə Dağlıq Qarabağ üzərində içərisində 34 nəfər İran diplomatının (ailə üzvləri ilə birlikdə) olduğu «Herkules» vertolyotunun vurulması bir sıra məsələlərə aydınlıq gətirdi. “«Herkules» də «Barret M-81 A-1» raketi ilə vurulmuşdu. Təyyarə göydə yanmış, qalıqları 500-600 metr kənara səpələnmişdi. Mİ-8 N72-də isə tam başqa əlamətlər vardı: Necə olurdu ki, Təhlükəsizlik Şurası üzvlərinin və ekipajın silahları, sənədlər olan diplomatlar yoxa çıxmışdı, plastmas su qabları «yanıb kül olmuş» meyitlərin yanında düzülmüşdü, ölənlərin ayaqqabıları (bir cüt ayaqqabının İsmət Qayıbova məxsus olması barədə ehtimallar var) səliqəli halda kənarda cütlənmişdi və dəhşətli yanğından salamat qurtarmışdı? Radarlardan saat 14:05-də itən vertolyotda raketlə vurulduğu dəqiqəyə - 14:42-yə qədər nələr baş verib?”
Lent.az-ın araşdırmasında sensasiya doğuracaq başqa bir ehtimaldan da bəhs olunur. “Mİ-8 N72-nin salonunda və kabinədə olan güllə yerlərinin daxili atışma nəticəsində yarandığı da ehtimallar sırasındadır. Bu versiyaya görə, ssenari əvvəlcədən hazırlanıb: ekipaj üzvləri – ilk növbədə Əfqanıstanda ölüb, 7 il sonra Ağdamda dirilən «Domov» - atəş açıb və nəticə vertolyotun Qarakəndə endirilməsi ilə tamamlanıb. Malik Paşayan və Safur Almazyanın rəhbərliyi ilə «ASALA» terror qrupunun üzvləri vertolyot yerə enəndən sonra dövlət xadimlərinin də cəmləşdiyi heyəti tərkisilah ediblər. Bu əməliyyat 37 dəqiqəyə başa çatıb və 14:42-də yerdə ikən vertolyotu «Veretta M81 A-1» raketi ilə vurublar”.
Sayt daha sonra vurğulayır ki, Qarabağda keçiriləcək görüşün əsas təşkilatçılarından biri, DTK polkovniki Gennadi Septanın sonradan Stavropolda, erməni məhəlləsində böyük imarətdə yaşaması və erməni iş adamları ilə geniş biznes əlaqələri qurması, həmçinin Bakının adı gələndə qəzəblə «mən belə şəhər tanımıram» deməsi onun bu terrorda oynadığı roldan xəbər verir. “Görünür, Septanın Tofiq İsmayılov və İsmət Qayıbovun Dağlıq Qarabağa gəlməsini təkidlə xahiş etməsində məqsəd vardı. Erməni terror təşkilatları Tofiq İsmayılov, İsmət Qayıbov və Məhəmməd Əsədovun başına böyük məbləğdə pul qoymuşdular”.






Fikirlər