DEPUTAT: Bəzi icra başçıları elə bilir ki, rayonu onlara ÇAPIB-TALAMAQ üçün veriblər

Deputat: Bəzi icra başçıları elə bilir ki, rayonu onlara çapıb-talamaq üçün veriblər

Azərbaycan prezidenti İlham Əliyevin martın 3-ü və 4-də imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vəzifələrindən azad edildilər.

Bundan əlavə bir neçə rayonun icra başçısının da işdən azad ediləcəyi gözlənilir.

İcra başçıları və onların fəaliyyəti barədə millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb:

"2003-cü ildə təklifim var idi ki, bu qədər rayon Azərbaycan üçün çoxdur. Rayonlar hamısı bələdiyyələrə çevrilməlidir, onlar böyüməlidirlər və Azərbaycanda vilayətlər yaranmalıdır. Vilayətlərə də valilər rəhbərlik etməlidir. İcra başçıları rayonlarında özlərini tam sərbəst hiss edən insanlardır. Azərbaycan kimi yerdə 7-8 yaxşı vali tapmaq 90-dan çox icra başçısı tapmaqdan asandır. O zaman məni ittiham etdilər ki, Azərbaycanı parçalamaq istəyirəm.

Elə icra başçıları var ki, səhərdən axşama kimi işləyirlər və əllərindən gələni edirlər ki, prezidentin etimadını doğrultsunlar. Elə icra başçıları da var ki, elə bilirlər bu rayonu onlara çapıb-talamaq üçün veriblər. Yenə də insan amilinə gəlib çıxırıq.

Deyirlər, ideal qanun olsa belə olmaz. Əvvəla ideal heç nə yoxdur. İdeal qanun yarat, onu ver bir yaramaza ki, həyata keçirsin, nəticəsi olacaq yaramazlıq. Ona görə də, kimi istəyirsən icra başçısı təyin et, əgər o insan daxilən yaramazdırsa, o, rayonlarda elə yaramaz işlər də görəcək".

AzerTaym.az






Fikirlər