16.04.2014. - İlham Əliyev iki rayona yeni icra başçısı göndərdi

16.04.2014. -  İlham Əliyev iki rayona yeni icra başçısı göndərdiKürdəmir İcra Hakimiyyətinin başçısı İrşad Əliyev prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.

"AzerTaym.az" AzərTac-a istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Kürdəmir İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aparılmayıb. Prezident Ağdamın icra başçısı Nizami Sadıqovu da işdən azad edib.
Onun yerinə MTN-in Tərtər Rayon Şöbəsinin rəisi Raqif Məmmədov başçı təyin edilib.

Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı. 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov, 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.
1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləyib. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi olub.
Azərbaycan Respublikası prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.






Fikirlər