Səbaildən əsgərlərə NOVRUZ töhfəsi - FOTOLAR

“Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar

Novruz bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri Tərtər və Bərdə şəhərlərindəki «N» saylı hərbi hissələrdə xidmət edən əsgər və zabitlərin görüşünə gedib.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, şəxsi heyət ilə keçirilən görüşdə Səbail rayon İcra başçısının birinci müavini Xalidə Bayramova çıxış edib. Novruz bayramı münasibəti ilə əsgərləri təbrik edən müavin onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra hərbi hissə komandanlığı adından çıxış edən zabit Vüqar Şıxlinski şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Səbail rayonunun nümayəndələri daha sonra Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olub.

Bayram tədbiri konsert proqramı ilə sonlanıb.

Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar
Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar
Səbaildən əsgərlərə Novruz töhfəsi - Fotolar

 AzerTaym.az






Fikirlər